Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12669 müraciət daxil olub
4 Aprel 2016 11:39 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qeyd olunan müddət ərzində 12669 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9582 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 dəfə çox, 2014-cü il ilə müqayisədə 4,3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 1,8 dəfə çox) daxil olub.Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3087 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1303 sənəd (582 məktub, 378 ərizə, 343 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin 1-ci siniflərinə şagird qəbulu, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.