Qazaxıstanın turizm şirkətləri üçün infotur təşkil olunub

Qazaxıstanın bir sıra turizm şirkətləri, həkim-mütəxəssis iş adamları və kütləvi infiormasiya vasitələri nümayəndələri üçün Azərbaycana info tur təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, infotur Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Terminal Turizminə dəstək Assosiasiyasının təşkilatçılığı, Qaşaltı Naftalan, Qafqaz Yengicə Termal and Spa və New Baku Hotelin dəstəyi ilə həyata keçirilib. Səfər çərçivəsində infotur iştirakçıları Bakı, Qəbələ, Şəki və Naftalanın turizm və təbii üsulla müalicə imkanları ilə yaxından tanış olacaq bir sıra rəsmi görüşlərdə iştirak edəcəklər. Həmçinin "Skal İnternational Bakı" təşkilatının dəstəyi ilə "Azərbaycanda Turizm" mövzusunda seminarda iştirak nəzərdə tutulur. Bununla yanaşı, nümayəndə heyəti 07 aprel tarixində Bakıda keçiriləcək "15-ci yubiley Turizm və Səyahətlər" sərgisində iki tərəfli görüşlərdə iştirak edəcəklər. Qeyd edək ki, infotur aprelin 8-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00