Mərkəzi Bankda struktur dəyişikliyi

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişikliyi aparılır. Bu barədə APA-nın sorğusuna cavab olaraq AMB-dən deyilib. Məlumatda qeyd edilib ki, bank nəzarəti və Mərkəzləşdirilmiş Kredit Reyestri ilə bağlı funksiyaların yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsi ilə əlaqədar müvafiq struktur dəyişikliyinin həyata keçirilməsi prosesi gedir. Proses tamamlandıqdan sonra struktur dəyişikliklərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00