Özbaşına pəhriz saxlayanlar, saçlarınız tökülə bilər - SƏBƏB
1 Aprel 2016 18:18 SosialMüasir zamanda incə bədən imici dəb halını alıb. Arıqlamaq istəyənlərin müraciət etdiyi pəhrizlər isə çox zaman sağlamlığa ciddi zərər verir.
Lent.az mütəxəssislərin saçların tökülməsinə səbəb olan amillərdən biri, hətta birincisi olan pəhrizlərin fəsadları haqda xəbərdarlıqlarını təqdim edir.
Mütəxəssislər bildirir ki, artıq çəki ucbatından ildə 2,8 milyon insan həyatını itirir. Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Merve Yüksek kor-koranə tətbiq edilən pəhrizlərin sağlamlığa ciddi ziyan vurduğunu vurğulayır. Həkimin sözlərinə görə, "möcüzəvi pəhrizlər" adlanan bu cür qidalanma daxili orqanları təhlükəyə atır: "Xüsusən də son vaxtlar qısa müddətdə çəkini azaltdığı iddia edilən pəhrizlərə çox rast gəlinir. Çəkini qısa müddətə azaltmaq istəyən zaman ən çox edilən səhv ac qalaraq arıqlamaq istəməkdir. Yemək vaxtlarından imtina etmək, bir formada qidalanmaq və sürətlə arıqlamaq üçün pəhrizlər saxlanılır. Bu cür pəhrizlər az keçməmiş bir çox xəstəliyə səbəb olur və həyati əhəmiyyət daşıyan orqanları təhlükəyə atır".
Saç tökür, əsəbilik yaradır və sümükləri sıradan çıxardır
Kifayət qədər və nizamlı qidalanma sağlamlığın əsasıdır. İnsan bədəninin inkişaf edə bilməsi və sağlam formada uzun müddət yaşaya bilməsi üçün bir çox fərqli qida elementinə ehtiyacı var. Sürətlə arıqlamaq üçün şüursuzca tətbiq edilən pəhrizlər qeyri-kafi və nizamsız qidalanan insanlar sağlam olmurlar, zəif bir görünüşə malik olurlar, baş gicəllənməsi, halsızlıq, yorğunluq, üşümə, istəksizlik, davranış və hərəkətlərdə ağırlıq, baş ağrısı, unutqanlıq, diqqət yayınma halları, əsəbi ruh halı, qəbizlik, menstruasiya nizamsızlıqları, qansızlıq, dəmir əskikliyi, sümük sıxlığında azalma, qeyri-sağlam və quru dəri quruluşu, saç tökülməsi, dırnaqların incəlməsi və qırılması halları, aşağı immunitet sistemi və tez-tez xəstəliklərə tutulma baş verir: "Həftədə 4-5 kilo arıqladan pəhrizlər aşağı kalorili olurlar və lazımlı qida elementlərini ehtiva etmirlər. Bu cür pəhriz saxlayanlarda ağırlıq itkisi yağ kütləsindən deyil, əzələ və sudan olur. Bu itki ürək əzələlərinə təsir edir, ürək ritmində pozuqluqlar meydana gətirir. Maddələr mübadiləsini zəiflədən bu pəhrizlərlə itirilən çəki sonra sürətlə geri qayıdır və daha sonra saxlanılan pəhrizlərlə arıqlamaq mümkünsüz olur".
Son dövrlər populyar olan zülal tərkibli pəhrizlərə də diqqət edilməlidir. Həkim bildirir ki, insan bədəni zülalla zəngin qidaları həzm etmək üçün daha çox enerji xərcləyər. Bu qidalar mədəni gec tərk etdiyi üçün daha uzun müddət davamlı toxluq hissi yaradır: "Ona görə də gündəlik zülal ehtiyacınızı dietoloqla məsləhətləşərək, fiziki xüsusiyyətləriniz, qan qrupunuza və dövriliyinə uyğun olaraq qəbul etməlisiniz. Çünki zülal ağırlıqlı qidalar xolesterol və yağ ehtiva edir. Doymuş və emal edilmiş yağlar damar tıxayıcı xüsusiyyətə malikdir və ürək xəstəliklərinə səbəb olur. Uzun müddət qəbul edilən zülal pəhrizləri böyrəklərə mənfi təsir edir, qalıcı ziyana səbəb olur. Kor-koranə pəhrizlərlə arıqlamağa çalışarkən həyati əhəmiyyət daşıyan böyrək, qaraciyər və ürək kimi orqanları riskə atırsınız".
M. Yüksek protein tərkibli pəhrizlərdə tərəvəz və meyvədən çox istifadə etməyi məsləhət görmür. Tərəvəz və meyvədən kifayət qədər istifadə ürək-damar xəstəlikləri, xərçəng riskini azaldır: "Qidalanma fərdə məxsus olmalıdır. Çəki azaltmaq üçün ilk addım mütləq qidalanma və pəhriz mütəxəssisilə atılmalıdır. Sonra isə insanın yaşı, boyu, cinsi, peşəsi, mövcud xəstəlikləri və qidalanma vərdişləri araşdırılır. Bütün bunların nəticəsində dietoloq tərəfindən qidalanma proqramı hazırlanır. Qəzet, jurnal və internetdə olan pəhrizlər hər kəs üçün uyğun deyil".
Pəhriz qısa müddətli və yalnız arıqlamaq məqsədli olmamalıdır. İdeal çəkiyə çatdıqdan sonra mütləq kilonu qorumaq üçün qidalanma proqramı sizin həyat tərzinizə çevrilməlidir.