Suraxanıda 80 min nəfər pulsuz tibbi müayinədən keçib

Suraxanı rayonunda əhalinin pulsuz tibbi müayinəsi uğurla davam edir. "OLAYLAR"-ın xəbərinə görə, tibbi müayinə rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada aparılır. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. 01 aprel 2016-cı il tarixədək Suraxanı rayonunda 80 minə yaxın vətəndaş və 109 kollektiv tibbi müayinədən keçib. 2995 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 118 nəfər stasionar müalicəyə cəlb edilib, 141 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00