“BakuBus” da dəyişiklik
1 Aprel 2016 16:15 Sosial"BakuBus" -a məxsus 6 saytlı marşrut xəttinin istiqamətində dəyişiklik edilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Bildirib ki, aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Bu səbəbdən "Baku Bus" MMC-ə məxsus 6 saylı
xətt Azadlıq metro stansiyasının önündən İçəri şəhər metro stansiyasına qədər hərəkət edəcək.