Bakı və Kürdəmir sakinlərindən silah götürülüb
1 Aprel 2016 16:12 SosialBakı sakinində odlu silah aşkarlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cümşüd Hüseynovdan nömrəsi silinmiş "Naqan" tipli tapança və 2 ədəd patron götürülüb. Həmçinin Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yenikənd kənd sakini Abdulbağı Qubadovun evinə baxış zamanı nömrəsi silinmiş "Makarov" markalı tapança, patron darağı, tapança kaburası, müvafiq sənədləri olmayan "İJ-43M" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00