Bakıda oğrular saxlanıb
1 Aprel 2016 16:08 SosialBakı şəhərində oğurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, martın 31-də saat 21 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini İlqar Zülfüqarova məxsus köşkdən geyim əşyaları oğurlamış Ağdam rayon sakini İlqar Hacızadə və Xırdalan şəhər sakini Kamran Hüseynzadə Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ 24-cü PB-yə təhvil verilib. Həmçinin Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da rayon ərazisində yerləşən idman zallarından birinin yardımçı otağından, orada müəllim işləyən Bakı şəhər sakini Kamal Abbasovun 540 manatını oğurlamış həmyerlisi Emil Komandirov tutulub.