Ali Məhkəmədə baxılmış cinayət işlərinin statistikası açıqlanıb
1 Aprel 2016 16:07 Sosial2015-ci il ərzində Ali Məhkəmənin Cinayət Kollegiyasında 2609 nəfər haqqında 2307 iş icraatda olub. Ali Məhkəmədən "Olaylar"a verilən məlumata görə, onlardan 2 nəfər haqqında iş tqdimatla, 1915 nəfər haqqında 1731 iş kassasiya şikayətinə, 692 nəfər haqqında 574 iş kassasiya protestinə əsasən daxil olub. Hesabat dövründə CK-na daxil olmuş 1609 nəfər haqqında 2307 işdən 2110 nəfər haqqında 1856 cinayət işi üzrı kassasiya şikayəti və protestinə baxılmaqla yekun məhkəmə qərarı çıxarılıb. 76 nəfər haqqında 76 iş qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olmadığından baxılmamış saxlanıb, 423 nəfər haqqında 375 iş baxılması üçün 2016-cı ilə keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00