Son 5 ildə cəzalandırılan məhkəmə hakimlərinin sayı açıqlanıb
1 Aprel 2016 14:34 Sosial"Son 5 ildə Azərbaycan Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraat başlanılıb". "Olaylar"ın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərin suallarını cavablandırarkən deyib. R.Rzayev bildirib ki, həmin şəxslərin 5 nəfəri işdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 hakimə irad tutulub.R.Rzayev xatırladıb ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00