Atatürk liseyində soyqırım qurbanları anılıb
1 Aprel 2016 14:29 SosialTürk Dünyası Bakı Atatürk Liseyində 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanları anılıb. "OLAYLAR"-ın xəbərinə görə, liseyin müəllim vəı şagird heyətinin iştirak etdiyi tədbirdə təhsil ocağının direktoru Ali Devrim çıxış edərək mart hadisələrinin dəhşətlərindən danışıb. Liseyin tarix müəllimi Elmar Həsənli 31mart soyqırımı ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, soyqırımlar nəticəsində on minlərlə insan qətlə yetirilib, məscidlər, məktəblər, tarixi mədəni abidələr dağıdılıb. Qətlə yetirilənlərin 70 faizini yaşlılar, qadınlar, və uşaqlar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00