Azərbaycanda ata 6 yaşlı oğlunu öldürdü
1 Aprel 2016 14:06 SosialAğstafada 6 yaşlı uşağın atası tərəfindən öldürülməsinin səbəbi bəlli olub. Azyaşlının anası Jalə Musayevanın anspress-ə verdiyi məlumata görə, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən bacısı ilə dalaşıb. Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb: "Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyidini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik". Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadını boşanacağı halda öldürəcəyi ilə təhdid etdiyini bildirdilər. Övladını döyərək öldürən kişi mütəmadi olaraq həyat yoldaşını da döyürmüş.
***
Kəpəz TV (Region TV) xəbər verir ki, tüfeyli həyat tərzi keçirən ata övlad qatili olub. Dəhşətli hadisə ötən gecə Ağstafanın Qırılı kəndində baş verib. 3 yaşlı bacısı ilə həyətdə oynayan 6 yaşlı Şəmistan atasının qəzəbinə tuş gəlib. Ağac parçası ilə onu ölümcül döyən Famil Pərvanəyev evində yaşadığı qaynanasını da vurub.
Kənd sakini: "Uşaqlar həyətdə oynayırmışlar. Öz aralarında nə isə olub, uşaqdırlar da... Nə edirlər-etsinlər, ayıb deyilmi, sən niyə uşağı elə vurursan? Ata da uşağı elə döyərmi?! Əsəbləşmisən, bir sillə vur".
6 yaşlı uşağın nənəsi onu atasının əlindən alaraq həyatını qurtarmağa çalışsa da, buna nail ola bilməyib.
Məhəmməd Musayev - zərərçəkənin qohumu: "Gələndə gördüm ki, uşaq nənəsinin qucağındadır. Soruşdum ki, nə olub? Dedi, uşaq ölür. Dedim, tez aparın bizə. Əvvəlcə fonendeskopla yoxladım, gördüm, ürəyi döyünür. İlk yardım üçün iynə vurmaq istədim, amma gec oldu - uşaq keçindi".
Kənd sakinlərinin sözlərinə görə, Famil Pərvanəyev Qazax sakinidir. Bir neçə il öncə birinci ailəsindən ayrılaraq Qırılı kəndinə gəlib və ikinci dəfə ailə qurub.
Məhəmməd Musayev: "Qaynanasının 47 manat pensiyası ilə dolanan adamdır. 4-5 aydır ki, işləmir. Neçə dəfə demişəm, oğul, iş tap, belə olmaz. Dəfələrlə yoldaşını döyüb".
Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirlir.
***
Ağstafada baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub. Ağstafa Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Qırılı kəndində əslən Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan, 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu, 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb. Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq artıq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.
"Şəmsəddin Familin ikinci həyat yoldaşından olan oğludur".
Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun anspress-ə bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub: "O daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazağa apardı və orada yaşadılar. Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokururluq araşdırır".
Ötən gün axşam saatlarında Ağstafada,Qırlı kəndində ata 6 yaşlı oğlunu döyərək öldürüb.
Fevral ayının 16-da bənzər hadisə Beyləqanda da baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovla kənddən bir az aralıda yerləşən pay torpaqlarına gedib. Bir müddət sonra isə Z. İsgəndərov özündən yaşca kiçik qardaşına zəng vuraraq 6 yaşlı oğlunun boğazını kəsdiyini bildirib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb.
Məsələdən telefon vasitəsi ilə xəbər alan əmi və ailə üzvləri dərhal torpaq sahəsinə gediblər. Onlar 6 yaşlı uşağın meyidini görüblər. Kənd sakinləri qətli törədən şəxsin psixoloji problemlərinin olmadığını, ancaq içki aludəçisi olduğunu bildirmişdilər.
Qətlə yetirilən uşaq kənd orta məktəbənin 1-ci sinif şagirdi olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 yaşlı övladının boğazını kəsərək onu qətlə yetirməkdə şübhəli bilinən ata yaxalanıb.
***
Ağstafada dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ata balaca oğlunun qatilinə çevrilib.
Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Famil Pərvanəyev 6 yaşlı oğlu Şəmistanı qətlə yetirib. Pərvanəyevin ikinci nigahından Şəmistandan sonra daha bir qız övladı da var. Hadisənin hanşı şəraitdə və necə baş verdiyi polis tərəfindən araşdırmalardan sonra bəlli olacaq.