Dilçilik İnstitutu: Dərsliklərdə vulqar sözlərdən istifadə yolverilməzdir

"Dərsliklərdə vulqar sözlərdən istifadə yolverilməzdir". Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərov "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, 8-ci sinif "İnformatika" dərsliyində alınma sözlər olduğu kimi yazılıb. R. Heydərov əlavə edib ki, dərslikdə ən çox rast gəlinən səhvlərdən biri "defis" və "tire" işarlərinin qarışdırılmasıdır: "Bundan başqa, dərsliklərdə fonetik və qrammatik səhvlərin olması yaxşı hal deyil". İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, monitorinqin nəticələri Təhsil Nazirliyinə göndəriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00