Ali Məhkəmənin sədri: “Bankların yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”

Ramiz Rzayev: “Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”

"Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir". Məlumata görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla bağlı kredit verməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarda götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir". Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R. Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00