Cəfər Cabbarlı Teatrı Türkiyəyə qastrol səfəri edəcək
1 Aprel 2016 11:31 SosialCəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının "Kültür və sanatta kardeşlik və candaşlıq" layihəsinə uyğun olaraq 04-24 aprel tarixlərində Türkiyə Cümhuriyyətinə genişmiqyaslı qastrol səfəri həyata keçirəcək. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı Türkiyənin Iğdır, Kars, Ərzurum, Bursa, İnegöl, Manisa, İzmir, Quşadası, Sakarya, Kocaeli, İstanbul, Amasya, Kastamonu və Samsun şəhərlərində çıxışlar planlaşdırılır. Teatrın qastrol səfərində "Soyqırımı tarixinin dastanı", "Nurlu ömrün dastanı", "Cümhuriyyətin ilk sədası" tamaşalarının nümayişi nəzərdə tutulub. Qeyd edək ki, 24 aprel 2016-cı il tarixində Bakıda Türkiyədən gələcək nümayəndə heyəti ilə birlikdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrola yekun vuracaq.