Energetika naziri Yunanıstana gedəcək

Mayın 17-də "Trans-Adriatik" (TAP) qaz boru kəmərinin təməlqoyma mərasimi keçiriləcək. "OLAYLAR"-ın məlumatına görə, Yunanıstanın Saloniki şəhərində keçiriləcək mərasimdə energetika naziri Natiq Əliyevin də iştirakı nəzərdə tutulub. Natiq Əliyevin TAP-ın təməlinin qoyulması mərasiminə dəvət olunduğu bildirilir. Mərasimdə Natiq Əliyevlə yanaşı bir sıra yüksəkvəzifəli şəxsin iştirakı da nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00