İctimai Birlik tarixi-memarlıq abidəsinin muhafizəsinə məhkəmə qaydasında nail oldu

1 saylı Bakı İnzibati-İqtsadi Məhkəməsində 25 iyun 2013-cü ildən başlanmış "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin iddiası üzrə başlamış məhkəmə prosesi bir neçə dəfə apellyasiya və kassasiya instansiyalarında baxılaraq və nəhayət 2016-cı ildə sona yetmişdir.
Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2-2(103)377/2015 saylı qətnaməsi ilə iddiaçı "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-232/2013 saylı, 25 iyun 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-cı il tarixli 132 saylı Qərarı ilə 3030 inventar nömrə ilə dövlət mühafizəsinə götürülmüş, Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanında yerləşən, memarlıq abidəsi olan "Elektrik dəmiryol vağzalının binası"nın üzərində cavabdeh "Azercell Telekom" MMC-yə məxsus mobil anten və ona aid qurğuların (1 tondan artıq ağırlıqda olan dəmir kontenerlərin) cavabdehin hesabına sökülməsi, "Bakı Metropoliteni" ilə "Azercell Telekom" MMC arasında bağlanmış 05 yanvar 2011-ci il tarixli, 7/2011 saylı müqavilənin "Azercell Telekom" MMC tərəfindən "Rabitə evinin yerüstü binalarında Fider-antenn sistemlərinin yerləşdirilməsinə dair hissəsində etibarsız hesab edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın Azercell Telekom" MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir. İddiaçı "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi cavabdeh "Azercell Telekom" MMC-yə, üçüncü şəxslər Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, "Bakı Metropoliteni" QSC-yə və Səlimov Nəcib Zöhrəbəy oğluna qarşı memarlıq abidəsinin üzərində qurulmuş mobil antena və ona aid qurğuların cavabdehin hesabına sökülməsi və sair tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 21 oktyabr 2015-ci il tarixli 2-2(103)-377/2015 saylı qətnaməsindən cavabdeh "Azercell Telekom" MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- - İqtisadi Kollegiyasına vermiş olduğu kssasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında 30 mart 2016-cı il tarixində, hakim Zakir Quliyevin sədrliyi və məruzəsi ilə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2-2(103)-377/2015 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh "Azercell Telekom" MMC-nin vermiş olduğu kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, 25 iyun 2013-cü il tarixdə "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin cavabdeh "Azercell Telekom" MMC-yə qarşı tarixi-memarlıq abidələrinin mühafizəsi ilə bağlı məhkəmə prosesi 30 mart 2016-cı ildə "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq ictimai Birliyinin qələbəsi ilə başa çatmışdır. Qərar qəbul edildiyi gündən qüvvəyə minmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00