Sabail komandası Avropa məktəbli turnirində iştirak edəcək
31 Mart 2016 17:29 SosialMayın 29-dan iyunun 5-dək Fransanın Lans və Lill şəhərlərində təşkil olunacaq Avropa məktəbli turnirinin püşkatma mərasimi keçirilib. "OLAYLAR"-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, turnirdə 22 ölkənin komandası çıxış edəcək. Azərbaycanı turnirdə "Coca-Cola Məktəbli Kuboku" turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbinin komandası təmsil edəcək. Təmsilçimiz A qrupunda Türkiyə, İngiltərə, Bolqarıstan, Fransa və Hollandiya komandaları ilə mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00