Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Aprelin 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Ərçivan" və "Şahağacı", eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Hacıməlik" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00