Müəmmalı uğultu indi də Günəşlidən eşidilir VIDEO
31 Mart 2016 16:09 SosialBir neçə gün əvvəl Bakı ətrafında, xüsusilə də Badamdar qəsəbəsində vətəndaşları narahat edən müəmmalı uğultu bu dəfə Yeni Günəşli qəsəbəsində insanların narahatlığına səbəb olub. Bizimyol.info eyni məsələ ilə bağlı qəsəbə sakinlərinin gecə saatlarında qeyd elədiyi səs yazısını təqdim edir. Bir az külək duyulsa da, səslərdə kənar uğultuların olduğu aydın bilinir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi başda olmaqla heç bir rəsmi instansiya sözügedən müəmmalı səslə bağlı dəqiq açıqlama vermir, vətəndaşlar isə narahatdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00