Binəqədidə rayon birinciliyi keçirilib
31 Mart 2016 15:51 Sosial"Cənub" idman klubunda "31 Mart-Azərbaycanlılarının soyqırımı günü"nə həsr olunmuş kinqboks üzrə Binəqədi rayon açıq birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, birincilikdə ümumilikdə 8 komanda ("Cənub" idman klubu, Qobustan, Yardımlı-Viləş, Neftçi, Rabitə, Mərkəzi Ordu İdman Klubu, Legioner, Masallı idman klubları ), 85 nəfər idmançı iştirak edib. Yarışın nəticəsinə görə "Cənub" idman klubu I yeri, "Yardımlı-Viləş" idman klubu II yeri, "Neftçi" idman klubu III yeri tutub. Qalib komandalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00