Narkomanlıqla mübarizə məqsədilə təlimçilər hazırlanır

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanır. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupuna istinadən verdiyi xəbərə görə, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər, Təhsil və Səhiyyə Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə təlim-məşğələ keçirilib. Təlim-məşğələ Binəqədi rayon Rayon Komissiyasının üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu; orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilib. Təlim zamanı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda "Narkotiklər haqqında həqiqəti bilin", "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək", "Sağlam ailə naminə narkotiklərə yox deyək", "Sağlam həyat naminə narkotikdən uzaq duraq", "Narkomaniya sakit ölümdür", və s. maarifləndirici materiallar təlim iştirakçılarına paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00