Ryazanda təhsil alan müdavimlərimizdən şad xəbər
31 Mart 2016 15:38 SosialRusiya Federal Cəzaların İcrası Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında federal xidmət əməkdaşlarının peşə bayramı münasibətilə "psixologiya və kriminologiya" mövzusunda beynəlxalq bilik yarışması keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Rusiya, Qazaxıstan və Belarusun ədliyyə və polis akademiyalarının 100-ə yaxın tələbəsinin qatıldığı müsabiqədə iştirak edən azərbaycanlı müdavimlər layiqincə çıxış edərək diplom və sertifikatlara layiq görülüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00