“WhatsApp” yeniliklərə doymur – bu dəfə şrift dəyişir

Əlavə etdiyi yeniliklərlə istifadəçilərini sevindirən ani mesajlaşma xidməti "WhatsApp" daha bir ilkə imza atıb. Anspress xəbər verir ki, artıq istifadəçilər qalın və əyri yazı şriftlərindən istifadə edərək mesajlar yaza biləcək. Beta yenilənmədən sonra istifadəçilər tədricən bu yenilikdən istifadə etməyə başlayacaq. Mesalaşma xidməti istifadəçiləri qalın, əyridən başqa həm də üzərində xətt çəkilmiş mesaj mətnləri yaza biləcəklər. Yazmaq istədiyiniz mesajların içində müəyyən kodlardan istifadə edərək buna nail olmaq mümkündür. Qalın şiriftlərlə yazma istədikdə cümlənin başında və sonunda ulduz işarəsi (*) qoymaq lazım olacaq. Əyri hərflərlə mesaj göndərmək istəyirsinizsə bunun üçün sizə cümlənin əvvəlində və sonunda aşağıdan xətt (_) qoymaq lazım olacaq. Yazdığınız cümlədə sözlərin üzərindən xətt çəkilməsini istəyirsinizsə təqribi bərabərlik (~) işarəsini qoymaq kifayət edəcək. Bundan başqa "Whatsapp"ın yenilənmiş versiyasında mesaları arxivləmək, oxunmamış kimi göstərmək, qrupdan çıxmaq kimi əmrləri tək həmlədə edə biləcəksiniz. Eləcə də mesajlaşma xidmətinin çoxlarının bəyənəcəyi yeniliyi tək rəngli divar kağızlarının mövcudluğu olacaq. Məlumat üçün bildirək ki, "WhatsApp" yazışma tətbiqi istifadəçi sayını rekord həddə - 1 milyarda çatdırıb. Sistem istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən "Facebook Messenger"i ötüb. Şirkətin son hesablamalarına görə, "WhatsApp" vasitəsilə gün ərzində 42 milyard ismarıc, 250 milyon video mesaj göndərilir. 2014-cü ilin fevralında isə tarixin ən böyük alqı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan "WhatsApp"ı "Facebook" şirkəti 19 milyard dollara satın alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00