Ət oğrusu saxlanıb

Azərbaycanda mağazadan mal əti oğurlamış şəxs tutulub. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da Tofiq Ramazanova məxsus mağazadan 55 kiloqram mal əti oğurlamış Gəncə şəhər sakini Seymur Adıgözəlov tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00