Nobel mükafatçısı vəfat etdi

Macar yazıçı, Nobel mükafatı laureatı İmre Kertes dünyasını dəyişib. Report bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 86 yaşlı macar yazıçı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. İmre Kertes 2002-ci ildə Nobel mükafatına layiq görülüb. Yazıçıya şöhrət gətirən romanları "Talesiz" və "Fiasko" adlı əsərləri olub. Budapeştdə yəhudi əsilli ailədə dünyada gələn yazıçı 1944-45-ci illərdə məhbus həyatı yaşayıb. O, yazdığı əsərlərinin bir çoxunda yaşadığı məhbus həyatını əks etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00