Aprelin 1-dən test imtahanları başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 9 fevral 2016-cı il tarixdən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün elan etdiyi müsabiqənin ilk mərhələsi olan test imtahanı mərhələsi
aprelin 1-dən başlayır. Komissiyadan "OLAYLAR"-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2687 nəfər qeydiyyatdan keçib. Onlardan 2477 nəfəri Dövlət Statistika Komitəsinin mərkəzi aparatında olan 75 vakant vəzifə üzrə qeydə alınıb. Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Maliyyə və təminat şöbəsində baş məsləhətçi vəzifəsi (48 namizəd) olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00