Məcburi köçkünlərlə görüş keçirilib

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Bakı şəhəri Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan qəsəbədə məskunlaşmış Ağdamdan olan məcburi köçkünlərlə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə 200 nəfərə qədər məcburi köçkün iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Məcburi köçkünlərdən Mustafayev Qəhrəman, şəhid anası Eyvazova Şəfiqə, Musayev Emin, Qarabağ əlili Mirzəyev Rövşən və başqaları çıxış edərək onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00