“Ulduz” stansiyasında sərnişinlər təxliyyə olunub

Martın 31-də "Ulduz" metrostansiyasında problem yaşanıb. Məlumata görə, səhər 06:50 radələrində "Dərnəgül" xətti ilə gələn qatar saxlanılaraq, sərnişinlər təxliyyə olunub. Hadisə yerində olan şahidin saytımıza verdiyi məlumatına əsasən, bunu qatarda yanğın hadisəsinin qeydə alınması ilə əlaqələndiriblər. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, səhər 06:50-də 11 saylı marşrutda nasazlıq yaranıb."Bu səbəbdən sərnişinlər qatardan boşaldılıb. "Nərimanov"a yaxın olduğu uçün qatar depoya göndərilib. Yanğın isə olmayıb" - deyə, N.Paşayev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00