Soyqırımı qurbanlarının xatirəsi yad olunur

KANAL S (REGİON TV) xəbər verir ki, tarixini unudan millətin isə gələcəyi olmaz. Azərbaycan tarixində şəfərli olduğu qədər ürək ağrıdan hadisələr çox olub. Və əlbəttə ki, bunlardan biri də 1918-ci ilin 31 mart tarixində xalqımıza qarşı törədilmiş amansız soyqırımıdır. Bir çox soydaşımız bu vandalizm aktının qurbanı olub. Onların xatirəsi bu gün də yaşadılır və ehtiramla yad olunur. Növbəti süjetimizin qəhrəmanı məhz həmin dönəmdə öz yaxınlarını itirib. Mərifət İslamova 1918-ci il soyqırımında yaxınlarını itirmiş minlərlə azərbaycanlıdan biridir. Əksər soyqırım qurbanları kimi onun da qohum əqrəbalarına işgəncələr verilib. Ümumilikdə həmin ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Bunun da 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq olub. Artıq 1921-ci ildə 15 min əhalisi olan Şamaxıda təxminən 1700 nəfər qalmışdı. Şamaxı Cümə məscidi də daxil olmaqla, əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00