“Soyqırımılarına son” adlı beynəlxalq konfrans keçirilib

Bu gün Milli Elmlər Akademiyası kitabxanasında "Soyqırımına son" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Məlumata görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva, İranın Təbriz, Gürcüstanın Suxumi Universitetlərinin, Moldova, Türkiyə, Özbəksitan, İsrail ölkələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri iştirak ediblər.

Nazir müavini İ. Babayev çıxış edərək bildirib ki, bu gün Azərbaycanda və digər müxtəlif ölkələrdə azərbaycanlıların soyqrımı günü qeyd olunur. Onun sözlərinə görə, müxtəlif tədbirlərdə baş vermiş hadisələr yenidən vərəqlənir və müzakirələrə çıxarılır: "Bu gün bir çox ölkələrdə qeyri-stabil mühit formalaşıb. Qaynar nöqtələrin sayı artmaqdadır. Hansısa qüvvələrin maraqları çərçivəsində aparılan siyasət nəticəsində milli etnik, irqi təmizləmə və soyqrımıları baş verir. Problemlərlə daha çox gənclər üzləşir. Ona görə, soyqrımı məsələsi yalnız tarixçilərə aid deyil. Bu, dövlət qurumlarının, ictimai təşkilatların gündəmində olmalıdır".
Nazir müavini qeyd edib ki, 1918-ci ilin mart ayında ermənilərin quldur dəstələri 10 minlərlə soydaşımızı qətlə yetiriblər: Ermənilərin bu siyasəti müasir dövrdə Xocalı soyqırımı hadisəsinə gətirib çıxartdı. 1918-ci il mart ayında baş verən soyqrımından sonra uzun zaman Sovetlər İttifaqında yaşamışıq. O zaman bu hadisələr ümumiyyətlə müzakirələrdən çıxarıldı, dərsliklərdə "soyqırımı" sözü digər sözlərlə əvəz olundu. Müstəqil dövlətimiz qurulandan sonra Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bu hadisələr dövlət səviyyəsində tanındı. Bu gün kifayət qədər alimlərimiz, tədqiqatçılarımız bu istiqamətdə işlər aparırlar".
PA-nın ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva müxtəlif millətlərə və azərbaycanlılara qarşı törədilən soyqrımılarını xatırladıb: "Keçmişi öyrənmədən sağlam gələcək qurmaq mümkün deyil. Keçmiş gələcəyin bünövrəsi, gələcək isə keçmişin davamıdır. Keçmişinə sahib çıxmayan xalqlar gələcəyin qurbanına çevrilirlər. Bəziləri keçmişə baxmağa cəsarət etmir. Belə xalqlar arasında erməniləri göstərə bilərik. Onlar ləkəli keçmişləri ilə qarşılaşmaqdan qorxurlar. Azərbaycan xalqı isə gələcyinə inam və ümifdlə baxdığı kimi, keçmişi də təmiz və fərəhlidir. Xalqımızın tarixində çətin günlər çox olub. Lakin heç zaman ümidisizliyə qapılmamışıq. Biz tolerant olaraq qalmışıq. Tarix yaradan və tarix yazan xalqlar var. Azərbaycan xalqı bütün dövrlərdə tarix yaradıb. Amma bu tarixi sənədə köçürməyə diqqət yetirməyib. Başqalarının yazdığı tarix isə ya saxta, ya da təhrif olunmuş faktlarla olub. Xalqımız işğallara, soyqrımılarına məruz qalıb, torpaqları işğal olunub. Mart soyqırımında isə 50 minə yaxın azərbaycanlı qətlə yetirilib. Bu soyqrımılarından nəticə çıxamalıyıq".
Daha sonra konfransda iki paneldə müzakirələr başlayıb.
Birinci paneldə "Soyqrımılarının dünya xalqlarının tarixində və dünyanın siyasi xəritəsində buraxdığı izlər. Tolerantlıq və multikulturalizm soyqrıma əks təsir faktoru kimi", ikinci paneldə isə "Soyqrımılarının tarixi və soyqırımılarına qarşı mühafizənin hüquqi aspektləri. Beynəlxalq cinayət ədalət mühakiməsi və soyqrımı" mövzuları ətrafında dinləmələr və müzakirələr olub.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd beynəlxalq hüquq normalarını və BMT konvensiyalarını rəhbər tutaraq, gənclər arasında dünyada baş vermiş soyqırımlar haqqında həqiqətlərin daha da geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etmək və bununla da soyqırımılarına qarşı təbliğat işlərinin elmi səviyyədə genişləndirilməsinə dəstək verməkdir.
Beynəlxalq konfransdan gözlənilən nəticələrə gəldikdə isə, əsas məqsəd tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta, qondarma uydurmaların ifşa olunması, tarixi ədalətin bərpası üçün gənclər arasında məlumatlandırmanı artırmaqdır.
Konfransda Azərbaycanla yanaşı, eyni zamanda Gürcüstan, Moldova, Özbəkistan, Türkiyə və İrandan olan elm adamları, ekspertlər iştirak edəcək. Azərbaycanı daha yaxından tanımaları məqsədi ilə qonaqlar Qız Qalası, Şirvanşahlar Sarayı, Tarix Muzeyi, İçəri şəhər və Quba rayonunda yerləşən Soyqırımı Memorial Kompleksi ilə tanışlıq imkanı qazanacaqlar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00