Nazirlik rəsmisi dünyasını dəyişib
31 Mart 2016 12:01 SosialAzərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. "OLAYLAR"-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Mirkamil Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, mərhum Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı, 02 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Mirkamil Rəhimov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Uşaq-Gənclər Futbolu Federasiyasının prezidenti idi.