I Azərbaycan Autizm Simpoziumu keçiriləcək

Aprelin 9-da Bakıda " I Azərbaycan Autizm Simpoziumu" keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Autizim Maarifləndirmə Ayı ərəfəsində baş tutacaq simpozium Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası, ATU-nun Psixiatriya Kafedrası, İctimai Səhiyyə İslahatları Mərkəzi (İSİM), "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq. "I Azərbaycan Autizm Simpoziumu" adlı paneldə tibb mütəxəssisləri İkram Rüstəmov, Kamran Salayev, Ceren Evcen Baxış və Rima İbadovanın çıxışları olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00