Müdafiə sənayesi naziri Yavər Camalov Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanını qəbul etdi
Müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
31 Mart 2016 11:57 SosialMüdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahiminin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Səmimi keçən görüşdə Azərbaycan ilə Misir arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsində dı olub və istehsal prosesini izləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00