Şuradan QHT-lərə yeni proqramla bağlı məlumatlandırma təlimi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma" mövzusunda təlimlər təşkil edib. Təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını elektron qaydada təqdim edilməsidir. Təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib. Təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00