Yavər Camalov Misirin Sərhəd Qounlarının Komandanı ilə görüşüb

Martın 30-da müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahiminin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. Bu barədə nazirlikdən "Olaylar2a verilən məlumata görə, nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Səmimi keçən görüşdə Azərbaycan ilə Misir arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzanne Mohamed Gamil də iştirak edib. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsində oldu və istehsal prosesini izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00