Kompleks Qazma İşləri Tresti tərəfindən "Səadan" yatağında 1820 nömrəli quyunun qazma işlərinə başlanılıb. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Siyəzənneft" NQÇİ-nin sifarişi ilə Qovundağ Maykop Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4 ton neft hasil olunacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00