Prezidentin sərəncamı dövlət idarəçiliyində aparılan islahatların davamıdır

"Bu gün ölkəmizdə dövlət idarəçiliyinin çevikliyinin yüksəldilməsi, idarəçiliyin təkmilləşdirilməsi, eyni zamanda şəffaflığın artırılması məqsədi ilə, digər sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də islahatlar davam etdirilir. Dövlət başçısının 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"na uyğun olaraq qəbul edilən bu qərar mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırmasına əlavə zəmin olacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nazirliyin strukturunun təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına münasibət bildirərkən səsləndirib. Nazir vurğulayıb ki, Prezidentin sərəncamı dövlət idarəçiliyində aparılan islahatların davamıdır və islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00