MTRŞ Region TV-də yayımlanan verilişdə baş verən qalmaqalı araşdıracaq
30 Mart 2016 15:27 SosialMilli Televiziya və Radio Şurası (MTRŞ) Region TV-də yayımlanan "Ferma" realiti şousunda baş verən qalmaqala münasibət bildirib. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya deyib ki, "Ferma" verilişində baş verən qalmaqal araşdırılır. Şöbə müdiri əlavə edib ki, verilişin əvvəlki buraxılışları da təhlil olunur. T. Dadaşov qeyd edib ki, verilişdə qanun pozuntusu aşkarlansa, arayış yazılacaq.
Qeyd edək ki, verilişin ötən gün yayımlanan buraxılışında 2 iştirakçı mübahisə edərək, əlbəyaxa olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00