Putin hökumət üzvlərini Azərbaycanla bağlı sərt tənqid edib?

Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Azərbaycan ilə hərbi əməkdaşlığına dair, daha dəqiq desək, ölkəmizə silah ixracı ilə bağlı hökumət üzvlərini - məmurları tənqid etməsi 2 ölkə arasında hərbi əməkdaşlıq sahəsində naməlum problemlərin mövcud olduğuna dair daha bir əyani işarədir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı Pərviz Heydərov bildirib ki, burada bir neçə versiya var: "Birincisi, ya tərəflər arasında bağlanan müqavilələr Rusiya tərəfdən düzgün və keyfiyyətlə yerinə yetirilməyib. İkincisi Azərbaycan tərəfinin istədiyi konkret silahlar barədə razılığa gəlinməyib. Üçüncüsü, Rusiyanın daha iri məbləğdə silah partiyası təklifi Bakı tərəfdən qəbul edilməyib. Dördüncüsü isə Azərbaycana əslində, satılması məqsədəuyğun olmayan silahlar satılıb. Yəni, demək istədiyim budur ki, heç bir halda Bakı tərəfdən maliyyələşdirmənin gecikdirildiyi haqda söhbət gedə bilməz. Əksinə, bir çox hallarda pulun qabaqcadan ödənildiyi barədə məlumatlar var". Pərviz Heydərovun sözlərinə görə, aldığımız bəzi növ silahların istehsalı vəsait çatışmamazlığı səbəbindən istehsalı dayanmış halda olduğundan, Azərbaycan bilavasitə vəsaitin bir hissəsini avans olaraq ödədikdən sonra hazırlanmağa başlanıb: "Bəs, 2 ölkə arasında hərbi əməkdaşlıq sahəsində naməlum problemlərin mövcud olduğuna dair yuxarıda sadaladığımız versiyalardan ən ağlabatanı hansıdır?! Fikrimcə, birinci qeyd etdiyimiz. Tərəflər arasında bəzi növ silahların alqı-satqısına dair bağlanan müqavilələr Rusiya tərəfdən düzgün və keyfiyyətlə yerinə yetirilməyib. Çox güman ki, silahlar tədarük edilib, amma müvafiq standartlara cavab verməyib... Bu isə heç bir halda təsadüfi hal ola bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00