Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul etmişdir. Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır. Meksikalı diplomatı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin istər iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açmış, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00