“Qərbi Azərbaycan (indiki Ermənistan) Yazarlar, I cild” kitabının ictimai müzakirəsi keçiriləcək
30 Mart 2016 14:49 SosialMartın 31-də "Qərbi Azərbaycan (indiki Ermənistan) Yazarlar, I cild" kitabının ictimai müzakirəsi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Milli Qeyri-Hökumət Təşkilatları Forumundan daxil olub. Bildirilib ki, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi İctimai Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Azərbaycan Milli QHT Forumunun (MQF) birgə təşkilatçılığı ilə baş tutacaq ictimai müzakirə 31 mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunub. Bakı QHT Resurs və Təlim Mərkəzində baş tutacaq ictimai müzakirədə QHT və KİV nümayəndələri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00