Deputat: "Banklar insanların başına min bir oyunlar gətiririr"
30 Mart 2016 14:25 Sosial"Azərbaycanda torpaqların zəbt edilməsindən söhbət gedə, yaxud, kimsə özbaşına kimsənin torpağını tuta, qanunsuz istifadə edə bilməz. Çünki harayasa bir mıx vuran kimi yüz yerdən tökülürlər, adamın başının üstünü kəsdirirlər". Bunu parlamentin Aqrar siyasət komitəsinin martın 30-da keçirilən iclasında millət vəkil Hüseynbala Mirələmov dilə gətirib. Onun sözlərinə görə, əksinə, torpaqların indiyə kimi hansı səbəblər üzündən istifadə olunmaması məsələsi araşdırılmalıdır: "Araşdırılmalıdır ki, torpaqlar niyə istifadə olunmur, niyə əkilmir, niyə becərilmir? Məsələn, torpaqla məşğul olmaq istəyən insanlar, iş adamları var ki, onlar icarəyə götürdükləri torpaqlarda və ya onlara məxsus pay torpaqlarında məhsul istehsal etmək üçün banklardan kredit götürmək istəyirlər. Ancaq banklar onların başına minbir, olmazın oyunlar gətiririr, onları bezdirirlər. Elə edirlər, elə şərtlər irəli sürürlər ki, həmin adamlar krdeit almaqdan sonda əl çəkirlər. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Yəni, torpaqların nəyə görə istifadə olunmamasının səbəbləri, kökləri dəqiq öyrənilməlidir".