Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əhali ilə növbəti görüşü martın 30-da Salyan şəhərində gerçəkləşib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbula Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonları və Şirvan şəhərindən vətəndaşlar iştirak edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00