Siyasət

Məmmədyarov: “Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayırıq”

12 İyul 2016 11:13

“Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır”.

Azərbaycan XİN başçısı: "Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq"

12 İyul 2016 11:11

"Dünən Azərbaycan prezidentiİlham Əliyev Sergey Lavrovu qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub". 

Prezidentdən çox ciddi daxili və xarici mesajlar – “Ötən il 40 min, bu il isə 56…”

12 İyul 2016 08:48

Prezident oliqarxların torpaqlarının zəbt olunacağını açıqladı: “Mənə arayış təqdim ediblər, adlar var…”

Prezident İlham Əliyev: "Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycan inkişaf edir"

12 İyul 2016 06:13

"İlin altı ayı arxada qalıb. Deyə bilərəm ki, 2016-cı ildə dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır, dünyada təhlükələr artır".

Prezident İlham Əliyev: "Heç bir fəaliyyət göstərilməyən zəbt edilmiş torpaqların bir hissəsi məmurlara məxsusdur"

12 İyul 2016 06:04

"Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur".

Hesablama Palatası haqqında qanun dəyişdirildi

11 İyul 2016 18:46

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Azərbaycan və İran arasında imzalanmış sazişlər təsdiqləndi

11 İyul 2016 18:44

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirildi

11 İyul 2016 18:25

Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun dəyişdirilir

11 İyul 2016 18:24

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

“Prezident müşavirədə mühüm məqamlara toxundu"

11 İyul 2016 16:09

“Ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında görüləcək işlərlə bağlı mühüm məqamlara toxunub. Belə ki, Dövlət başçısı ölkədə sənayenin inkişafı, kənd təsərrüfatında müəyyən artımın olması, ərzaq təhlükəsizliyinin təmin olunmasının planlarını açıqladı”. Bunu SİA-ya Milli Məclisin  iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov müşavirəni şərh edərkən deyib.