YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirildi

Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyev "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamının 3-cü hissəsinin "Komissiya sədrinin müavinləri" bölməsində "Əli Abbasov" sözləri "Ramin Quluzadə" sözləri ilə, "Komissiyanın üzvləri" bölməsində "Samir Nuriyev" sözləri "Əsgər Ələkbərov" sözləri ilə əvəz edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31