Hesablama Palatası haqqında qanun dəyişdirildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 480; 2001, № 11, maddə 676, № 12, maddə 744; 2004, № 4, maddə 202, № 9, maddə 667; 2005, № 2, maddə 62; 2007, №7, maddə 712; 2008, № 5, maddə 339; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 173, №4, maddə 276) 6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində "İqtisadi siyasət" sözləri "İqtisadi siyasət, sənaye və sahibkarlıq" sözləri ilə əvəz edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31