Siyasət
MDB-nin Minskdəki mənzil-qərargahında Azərbaycanın terrorizmə qarşı mübarizə üzrə təcrübəsi müzakirə ediləcək
Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Baş Prokurorlar Koordinasiya Şurasının 26-cı iclası keçiriləcək.
Almaniyadan “erməni soyqırımı” açıqlaması
Almaniya Bundestaqının (ölkə parlamenti) iyunun 2-də qəbul etdiyi “erməni soyqırımı” qətnaməsi hüquqi məcburiyyət təşkil etmir.
Rasim Musabəyov ermənilərin məşhur analitikini belə biabır etdi
Ermənistanın "Modus Vivendi" analitik mərkəzinin rəhbəri Ara Papyan sentyabrın 1-də İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın Rusiya ilə əlaqələrinin güclənməsindən narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun yeganə həmsədr ölkəsidir ki, münaqişə tərəflərinə silah ötürür. "Ermənistanın müttəfiqi olaraq Rusiya müttəfiqinin düşməninə silah satır. Bu dünya tarixində eşidilməmiş haldır," - deyə Papyan bildirib.
İslam Kərimovun səhhətinin ağır olduğu dövrdə...
Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana səfər edəcək.
Ermənilər kasset bombalardan istifadə edib
Kasset hərbi sursatlarına qadağa Konvensiyası müasir münaqişələrdə bir sıra qadağan olunmuş silahlardan istifadə hallarını müəyyənləşdirib.
““Şahdəniz” yatağı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”- MÖVQE
“Ümumiyyətlə, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə “Şahdəniz” yatağı ilə bağlı qurğunun istifadəyə verilməsi və dənizə buraxılması çox mühüm məqamdır. “Şahdəniz” yatağı mühüm neft qaz ehtiyatına malik olduğundan onun istifadəyə verilməsi, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Müdafiə Nazirliyi hərbi hissələrə qəbul elan edir
Aprel hadisələrindən sonra Ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olub. Minlərlə müraciətləri nəzərə alaraq, Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb.
Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı təsis edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Atəşkəsin pozulması halları minimuma enir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Azərbaycanda Turizm Reyestri yaradılacaq
Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı təsis edildi
Prezident İlham Əliyev Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016-da Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatlar müəyyən edildi
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.
Radik İsaevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib
Prezident İlham Əliyev Radik İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Həmsədrlər bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda BMTBaş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.
Milli Olimpiya komandasının üzvləri təltif edildi (SİYAHI)
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.













