Rasim Musabəyov ermənilərin məşhur analitikini belə biabır etdi

Ermənistanın "Modus Vivendi" analitik mərkəzinin rəhbəri Ara Papyan sentyabrın 1-də İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın Rusiya ilə əlaqələrinin güclənməsindən narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun yeganə həmsədr ölkəsidir ki, münaqişə tərəflərinə silah ötürür. "Ermənistanın müttəfiqi olaraq Rusiya müttəfiqinin düşməninə silah satır. Bu dünya tarixində eşidilməmiş haldır," - deyə Papyan bildirib.

Milli.Az xəbər verir ki, Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov isə erməni politoloqu savadsız adlandırıb:

"Bəli, erməni analitikin Moskva və Bakı arasında yaxınlaşma ilə əlaqədar narahatlığına müəyyən qədər əsas var. Lakin silah verilməsi ilə bağlı erməni diplomatı üçün bir neçə faktı sadalamaq olar. ABŞ-ı İsraillə müttəfiqlik əlaqələri bağlayır və uzun illərdir ki, bu ölkəyə milyardlarla dollarlıq ən müasir silahlar verir. Amma eyni zamanda, Kemp-Devid razılaşmasına əsasən, Misir və İordaniyaya da pulsuz silahlar ötürür. ABŞ həm də bir-biri ilə münaqişədə olan Türkiyə və Yunanıstana da, Böyük Britaniya isə Hindistan və Pakistana silahlar verir. Əgər Papyan internetdə axtarsa, bu məsələ ilə bağlı biliklərini artıra bilər və "dünya tarixində eşdirilməmiş hal" haqqında əyalət səviyyəsində və sübutsuz mülahizələr yürütməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31