Azərbaycanda Turizm Reyestri yaradılacaq

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 800 min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400 min manat, Bakı şəhərində ticarət festivalının ("shopping festival") keçirilməsinə 400 min manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31